Pozulan atəşkəsdən günahsız vətəndaşlar əzab çəkir

ABŞ Dövlət Departamenti Suriya və Rusiyanı İdlibdəki "hücumları" dayandırmağa çağırıb. SİA İnterfaksa istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus, ABŞ aviasiyasının İdlib de-eskalasiya bölgəsindəki mülki hədəflərə Rusiya aviasiyası tərəfindən zərbə endirməsi ilə bağlı xəbərlərdən kədərləndiyini söyləyib və bu barədə Twitterdə yazıb.
"Digər bir atəşkəs pozulub və bunun hesabını daha çox günahsız vətəndaşlar ödəyir", deyə ABŞ Dövlət Departamentinin sözçüsü yazıb.
O, Suriya və Rusiyanı "bu qəddar hücumlara son qoymağa" çağırıb.
Xatırladaq ki, bundan əvvəl Suriyadakı Rusiya hərbi qüvvələri mülki hədəflərə hücumlar barədə məlumatı təkzib etmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə