Liviya Londonda keçirilən beynəlxalq konfransda iştirak edən ölkələri müharibəyə deyil, sülhməramlı olmağa çağırır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Liviyanın xarici işlər naziri Xaled Kaimın bəyanatında deyilir.
"Xarici ölkələr Liviyanı vətəndaş müharibəsinə yönəltməməlidirlər. Bunu Xaled Kaim Tripolidə jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, yalnız Liviya xalqı ölkəsinin gələcəyini seçə bilər.
Bundan əvvəl Fransa prezidenti Nikolya Sarkozi və Böyük Britaniyanın baş naziri Devid Kemeron Liviya xalqına müraciət edərək onları Müəmmər Qəddafisiz yeni eraya hazırlaşmağa çağırıb.
Qeyd edək ki, bu gün Londonda Liviya mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda 40 ölkənin iştirakı planlaşdırılır. Rusiya dəvət olunanlar sırasında deyil.
"Xarici ölkələr Liviyanı vətəndaş müharibəsinə yönəltməməlidirlər. Bunu Xaled Kaim Tripolidə jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, yalnız Liviya xalqı ölkəsinin gələcəyini seçə bilər.
Bundan əvvəl Fransa prezidenti Nikolya Sarkozi və Böyük Britaniyanın baş naziri Devid Kemeron Liviya xalqına müraciət edərək onları Müəmmər Qəddafisiz yeni eraya hazırlaşmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB