Milli Şura: “Qəddafi Liviyada mühakimə olunacaq”

Milli Şura: “Qəddafi Liviyada mühakimə olunacaq”

Liviya lideri Muammar Qəddafi rejiminə qarşı qaldırılan qiyama rəhbərlik edən Milli Şuranın rəhbəri Mustafa Əbdülcəlil "qazanacaqları qələbədən sonra" sonra Qəddafinin ölkədə mühakimə olunacağını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "France 2" televiziya kanalına müsahibə verən Əbdülcəlil söyləyib ki, onların təcili olaraq kiçik diametrli silahlara ehtiyacları var.

 

Liviya xalqının Qəddafi rejiminə etiraz etmək kimi çətin bir seçim etdiyini deyən Milli Şura rəhbəri azad, demokratik, insan haqqlarına və siyasi prüalizmə söykənən dövlət yaradacaqlarını söyləyib. Şuranın sözçüsü isə Qəddafinin ətrafındakı insanlara onu tərk etmək çağırışı edib və bu halda onların bağışlanacağını dilə gətirib. Misrataya dünən humanitar yardım gəmisinin gəldiyini ifadə edən Şura sözçüsü gəminin nə gətirdiyi və təşkilatçılar haqqında məlumat verməyib, "avropalı bir yardım gəmisi" deməklə kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə