Ukrayna Baş nazirinin də istefa ərizəsinə baxılır

Ukrayna Prezidenti ölkənin Baş Naziri Aleksey Qonçarukun istefa ərizəsini alıb. Vladimir Zelenski hazırda istefa ərizəsinə baxır.

Qeyd edək ki, bu gün Baş Nazir A.Qonçaruk vəzifəsindən istefa verdiyini bəyan edib.

Bir neçə gün öncə sosial şəbəkələrdə A.Qonçarukun iştirakı ilə keçirilən müşavirənin gizli səs yazısı yayılıb. Səs yazısında A.Qonçaruk iqtisadiyyatda naşı olduğunu etiraf edib. Onun müşavirədə ölkə Prezidenti haqqında da fikirləri birmənalı qarşılanmayıb. Nazirlər kabineti isə rəsmən qalmaqallı səs yazısının saxta olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə