BEA: İƏİT üzrə neft ehtiyatları azalıb

BEA: İƏİT üzrə neft ehtiyatları azalıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə neft ehtiyatları azalıb. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarı üzrə aylıq hesabatında deyilir.

Hesabata görə, ötən ilin noyabr ayında OECD üzrə neft ehtiyatları 2,9 milyon barrel azalaraq 2 milyard 912 milyon barrelə düşüb. Lakin buna baxmayaraq, ehtiyatlar son 5 ilin orta illik göstəricisindən 8,9 milyon barrel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə