Beyrutdakı Rusiya diplomatik nümayəndəliyinin mühafizəsi gücləndirilib. SİA RenTv-yə istinadən xəbər verir ki, nümayəndəliyin mühafizəsinin gücləndirilməsi etirazlar səbəbiylədir.
Gecə Livan paytaxtındakı Rusiya səfirliyi yaxınlığında iki qumbara partlayıb. Rusiya diplomatlarının heç biri zərər görməyib. Qumbaralar gözyaşardıcı qaz olub və onlar yerli polis tərəfindən atılıb. Yaxınlıqda qiyam qaldıran etirazçıları dağıtmaq üçün bu uğursuz bir cəhd hesab edilir.
Xatırladaq ki, ölkədəki hakimiyyət dəyişikliyinin tərəfdarı olan nümayişçilər əvvəllər həbs olunan etirazçıların sərbəst buraxılmasını tələb edirlər. Əvvəllər həbs olunan etirazçılar isə Rusiya səfirliyinin yanında yerləşən bir polis məntəqəsində saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB