Dünya təşviş içindədir: "Gizli virus" yayılır

Çinin Uhan şəhərində daha öncə rast gəlinməmiş virus ortaya çıxıb. Bu virusun sürətlə yayılması dünyanı narahat etməyə başlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, virus ilk dəfə ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yerləşən balıq bazarında qeydə alınıb.
İndiyə kimi 41 nəfərin virusa yoluxduğu və 7 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Yaponiya Səhiyyə Nazirliyi isə 30 yaşlı bir kişinin sözügedən virusdan öldüyünü açıqlayıb.
Mütəxəssislər virusun Şiddətli Kəskin Respirator Sindromu (SARS) xəstəliyinə səbəb olan virusla oxşarlıqlarının olduğunu, lakin eyni olmadıqlarını söyləyiblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi insanlara xəstəliyə qarşı diqqətli olmaları üçün xəbərdarlıq edib.

Mirqəmər Mənsimova

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə