Filippində vulkan püskürdü: xeyli sayda insan təxliyə edildi

Filippində vulkan püskürdü: xeyli sayda insan təxliyə edildi

Filippinin paytaxtı Manila yaxınlığında Taal vulkanın pükürməsindən dərhal sonra vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə fəlakət bölgəsindən təxliyə olunan vətəndaşların sayı 82 mini keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, partlayışda 2 nəfər insan həyatını itirib.

Bİldirək ki, bir çox vətəndaş təhlükəsizlik risklərinə baxmayaraq, bölgələrdən qaçaraq evlərinə qayıdıblar və ordu qüvvələrinin geri dönən vətəndaşları taparaq, evakuasiya mərkəzlərinə geri gətirdiklərini açıqlayıblar.
Qeyd edək ki, yanvarın 12-də Taal vulkanın püskürməsindən sonra Manila beynəlxalq hava limanında 240 reys təxirə salınıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə