Təyyarə ilə bağlı faciə təkrarlanmamalıdır. Bu faciə bizim üçün nə qədər təəssüfdoğurucu olsa da İran bu hadisədən dərs çıxartdı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bəyan edib. İran prezidenti Həsən Ruhani ölkənin Ukrayna təyyarəsinin vurulduğunu dərhal etiraf etmədiyi üçün ictimaiyyət qarşısında üzr istəyib. Onun sözlərinə görə, çox çətin bir vəziyyət yarandı, amma bunda böyük imkanlar da var.
“Bu fürsətləri ölkə və xalqın xeyrinə istifadə etməliyik. Bizim üçün tamamilə yenilik oldu. Bu faciəvi səhvi edənlər ölkənin təhlükəsizliyini qoruyan insanlar idi"-deyə, o bildirib. Ruhani üzr istəyib və bildirib ki, İran təyyarəni təsadüfən vurub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB