Pakistana yağan güclü qar səbəbindən ölənlərin sayı 95 nəfərə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Milli Fəlakət İdarəetmə Agentliyinin rəsmisi açıqlamada bildirib ki, son iki gündə yağan güclü qar və yağış Pakistanda uçqun, torpaq sürüşməsinə səbəb olub.
Qeyd edək ki, 15 kəndə təsir edən uçqun və sürüşmə nəticəsində 67 nəfərin öldüyünü, 53 adamın yaralandığını bildirən rəsmilər Bəlucistan bölgəsində güclü qarın yağması nəticəsində 21 nəfərin öldüyünü açıqlayıblar.
Tvitter hesabından açıqlama verən Pakistanın baş naziri İmran Han hərbi işçilərə və bütün dövlət qurumlarına Kəşmirdəki xilasetmə qruplarına köməklik etmələrinə dair əmr verib.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB