İndoneziyayada 9 bölgə daşqınlar altında qalıb

İndoneziyayada 9 bölgə daşqınlar altında qalıb

"Jakarta Post" qəzetinin verdiyi məlumata görə, Samarina bölgəsinə yağan güclü yağışlar nəticəsində 9 bölgə daşqınlar altında qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisələrlə bağlı Samarinda Fəlakətin Azaldılması Agentliyinin rəhbəri Hedra açıqlamada daşqından 7 min 213 insanın zərər gördüyünü, lakin, bu günə qədər bölgələrində həyatını itirənlərin olmadığı barədə məlumat verib.
Hendra bəzi bölgələrdə suyun dərinliyinin 1 metrdən çox olduğunu bildirib və həmin ərazilərdən sakinlərin təxliyə edilməsinin davam etdirildiyini söyləyib.
Qeyd edək ki, paytaxt Cakarta Bekasi və Tangerangdə həmçinin Bogor və Lebak bölgəsində yağışın törətdiyi fəsadlar nəticəsində 60-dan çox insan həyatını itirib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə