Qananın cənubunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA "segodnya.ua" saytına istinadən xəbər verir ki, hadisə ölkə paytaxtından təxminən 200 kilometr məsafədə yerləşən Akkra şəhərində qeydə alınıb. Belə ki, iki sərnişin avtobusunun toqquşması nəticəsində 29 nəfər ölüb, 59 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Həkimlərin bildirdiyinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB