Bələdiyyələrin birində insan qalıqları aşkarlanıb

Meksikanın Xalisko ştatında dövlət prokurorları bələdiyyələrin birində insan qalıqları aşkarlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 29 cəsədin tapıldığı bildirilir.

Qeyd olunduğu kimi, prokurorluq itkin düşmüş şəxslərin axtarışı ilə bağlı işləri davam etdirir. Ötən ilin noyabr ayında Meksikanın Xalisko ştatındakı Tlaxomulko de Suniqa fermasında 25 cəsədin tapıldığı xəbər verilirdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə