İranda Ukrayna təyyarəsinin qəzaya uğraması hadisəsi ilə əlaqədar həbslər həyata keçirilib. SİA bu barədə RİA Novostinin məlumatına istinadən xəbər verir ki, bunu ədliyyə orqanlarının rəsmi nümayəndəsi Qulamhüsein Əsmaili bildirib.

Bildirilib ki, Ukraynaya məxsus təyyarənin qəzaya uğraması iddiasında ilk həbslər İranda artıq baş tutub. Bu barədə hələlik daha ətraflı məlumat yoxdur.

Xatırladaq ki, faciə yanvarın 8-də baş verib. Kiyevdən Tehrana uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə yola düşdükdən az sonra qəzaya uğrayıb. Göyərtədə olanların hamısı, daha dəqiq desək 167 sərnişin və 9 heyət üzvü ölüb. Şənbə günü isə İran ordusu baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb. Onlar bəyan ediblər ki, təyyarə təsadüfən vurulub. Günahı insan amili ilə əlaqələndirərək bildiriblər ki, təyyarənin hərbi bir obyektin yaxınlığından uçduğuna görə onu "düşmən hədəfi" ilə qarışıq salıblar.

Eyni zamanda İran ABŞ-dan bir hücum gözlədiklərini və buna görə də ölkənin hava hücumundan müdafiə sistemlərinin tam hazır vəziyyətə gətirildiyini də qeyd edib.Ukrayna Prezidenti Vladimir Zelenski isə, Tehranın günahını tam şəkildə etiraf etməsini, rəsmi şəkildə üzr istəməsini, günahkarları cəzalandırmasını və təzminat ödəməsini gözlədiyini söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə