Rusiyanın ABŞ və İrana tövsiyəsi

Rusiya ABŞ və İranı təmkinli olmağa və bütün problemləri dialoq yolu ilə həll etməyə çağırır. SİA "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz bunun hansı tərəfdən müşahidə olunmasından, haradan gəlməsindən asılı olmayaraq, eskalasiyanın əleyhinəyik. Həm ABŞ, həm də İranı təmkin göstərməyə və bütün problemləri dialoq yolu ilə həll etməyə çağırırıq", deyə Lavrov Şri-Lankalı həmkarı Dinesh Gunavarden ilə danışıqlardan sonra bildirib.

O qeyd edib ki, ABŞ bundan əvvəl Tehranla danışıqlara hazır olduğunu bildirmişdi.

"Eyni zamanda, onlar" heç bir şərt olmadan" deyirlər. Ancaq müxtəlif şərtlər qoyulması İrana qarşı sanksiya kimi görünür. Daha doğrusu, belə görünür ki, ABŞ öncədən heç bir şərt olmadan İranı danışıqlara dəvət etdiyi halda, özü sanksiyalar şəklində müxtəlif təzyiqlər edir, deyə Rusiya xarici işlər naziri qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...