Tokio yaxınlığında yerləşən prefekturada 5 bal gücündə zəlzələ baş verib
Yanvarın 14-də Yaponiyanın Hönşü adasının şərqində, paytaxt Tokionun yaxınlığında yerləşən İbaraki prefekturasında 5 bal gücündə zəlzələ baş verib.
SİA xəbər verir ki, yerli vaxtla səhər saat 4:58 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Tokio paytaxt rayonu daxil olmaqla səkkiz prefekturada hiss olunub. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB