Ötən il Ukraynada narkotik qaçaqmalçılığı ilə bağlı 94 faktın qarşısı alınıb

Ötən il Ukraynada narkotik qaçaqmalçılığı ilə bağlı 94 faktın qarşısı alınıb

Ötən il Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları narkotik və psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılığı ilə bağlı 94 faktın qarşısını alıblar.

SİA UTX-nin saytına istinadla xəbər verir ki, il ərzində bu sahədə 530 cinayət işi açılıb və 738 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Ötən il ən iri əməliyyat Qara dəniz sahilində keçirilib. Cənubi Amerikadan gizli yolla kokain daşıyan gəmi saxlanılıb. Gəmidə içərisində banan olan konteynerdən təxminən 51 milyon dollar məbləğində qiymətləndirilən 260 kiloqram kokain aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə