Makron Putinlə razılığa gəldi

Fransa və Rusiya İranın Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) qorunmasını müdafiə ediblər. SİA RenTv-yə istinadən xəbər verir ki, Fransa prezidenti Emanuel Makron verdiyi açıqlamada, Rusiya Prezidenti Putinlə iki lider arasındakı bu mövqe barəsində yanvarın 12-də baş tutan telefon danışığını təsdiqləyib.

Rusiyaya məxsus mətbuat səhifələrində qeyd olunur ki, Fransa və Rusiya başçıları İranla 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının qorunmasının vacibliyi barədə razılığa gəliblər.

Daha sonra Almaniya, Fransa və İngiltərə liderləri Tehranı bir daha Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə tam əməl etməyə çağırıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə