Fransanın "Röyters" xəbər agentliyinin 2 müxbiri Suriyada itib. SİA-nın verdiyi məlumata görə, bu barədə agentliyin özü xəbər yayıb.
"Röyters"dən verilən açıqlamada bildirilir ki, itən müxbirlərin hər ikisi Livan vətəndaşıdır. Onlardan Eyat Basma televiziya prodüseri, İzzət Baltaçı isə operatordur. Onların dünən axşam Suriyadan Livan sərhədinə gəlmədikləri, özləri ilə isə telefon əlaqəsi yaratmaq mümkün olmadığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB