1979-cu ildən bəri təşkil edilən və dünyanın ən çətin yarışlarından biri olaraq qəbul edilən yarışlarda ölən idmançıların sayı Portuqaliyalı motosikletçi Gonçalves ilə birlikdə 29-a yüksəldi. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu il daha bir ölüm, sürücülərin minlərlə kilometr məsafəni qət etdiyi dünyanın ən çətin yarışlarından sayılan Dakar Rallisində baş verib.
Motosiklet kateqoriyasında Hero komandası üçün yarışan 40 yaşlı Paulo Gonçalves, Səudiyyə Ərəbistanında 2020 Dakar Rallisinin 7-ci mərhələsində baş verən qəza nəticəsində öldü.
Paytaxt Riyad və Vadi al Davasir qəsəbəsi arasındakı 7-ci mərhələnin 276-cı kilometrliyində, qəzaya uğrayan Portuqaliyalı idmançının hadisə yerindəcə huşsuz olaraq tapılıb.
Mərhələdən əvvəl ümumi təsnifatda 46-cı yeri tutan Gonçalves, təcili yardım helikopteri ilə aparıldığı Layla Xəstəxanasında ölüb.
Dakar Rallisinə 13 dəfə qatılan və yarışları 2015-ci ildə 2-ci yerdə tamamlayan Gonçalves, Polşa motosikletçisi Michal Hernikdən bəri həyatını itirən ilk, təşkilat tarixində isə ölən 29-cu idmançı oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB