İran prezidenti Həsən Ruhani, məclisin (parlament) Pentaqonun terror təşkilatı kimi tanınması barədə qanun layihəsini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, qəbul edilən layihə, 2019-cu ilin aprelində qəbul edilmiş qanuna edilən bir düzəlişdir ki, Tehran Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığını qadağan olunmuş bir təşkilat olaraq tanıyıb. İndi İranda bütün Pentaqon üzvləri, əlaqədar qurumlar və təşkilatlar terrorçu sayılır.
Xatırladaq ki, İran parlamenti yanvarın 7-də ABŞ-ın müdafiə idarəsini terror təşkilatı kimi tanımağa səs verib. Bu layihə 238 nəfərdən 228 deputatın dəstəyini qazanıb. Bu, Bağdad hava limanının yaxınlığında ABŞ-ın raket zərbəsinə, yüksək rütbəli rəsmi Kassem Suleimaninin ölümünə cavab olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB