Rekord qar can aldı 13 nəfərin öldüyü bildirilir

Rekord qar can aldı 13 nəfərin öldüyü bildirilir

Pakistanın Bəlucistan əyaləti ağ örpəyə bürünüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əyalətə son 20 ildə ən intensiv qar yağıb.

Pakistan Meteorologiya Bürosundan verilən açıqlamada bildirilib ki, son günlərdə ortalama qarın qalınlığı 50 santimetrdir və güclü yağış qeydə alınıb. Hava limanında bir çox uçuş ləğv edilib və ya uçuşlar digər hava limanlarına yönləndirilib.

Yolun bağlandığı yaşayış məntəqələrində qapalı qalan bir çox vətəndaş hərbi maşın və vertolyotların köməyi ilə xilas edilib. Pakistanın yerli KİV-ləri ən az 13 nəfərin öldüyünü bildirirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə