Avstraliyadakı yanğınlar artıq nəzarət altına alınıb

Avstraliyadakı yanğınlar artıq nəzarət altına alınıb

Avstraliyada ilk dəfə olaraq havaların isti keçməsi ilə əlaqədar yaranan yanğınlarla mübarizədə bəzi yanğınların artıq nəzarət altına alındığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Uelsdəki Fövqəladə Hallar Nazirliyinin rəsmiləri xəbər yayıb.

Vilayətin Bodalla şəhəri yaxınlığındakı yanğınsöndürmə qrupunun rəhbəri Dale McLean temperaturun aşağı düşməsi və küləyin sürətinin yavaşladığı üçün yanğınların artıq nəzarət altına alındığı bildirilib.

Meteoroloji büro isə soyuq havaların gələn həftə də davam edəcəyini açıqlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə