Əfqanıstanda baş verən partlayış 15 nəfərin həyatına son qoyub

Əfqanıstanda baş verən partlayış 15 nəfərin həyatına son qoyub
Əfqanıstanın cənub-şərqində yerləşən Paktika vilayətində güclü partlayış baş verib. SİA-nın məlumatına görə, kamikadze tikinti şirkətinin binasındakı avtomobilə qoyduğu minanı özü də içərisində olmaqla partladıb. Nəticədə 15 nəfər həlak olub, 50 nəfərdən çoxu yaralanıb. Təxribatı hərbi və ya vətəndaş obyektlərinə sistemli şəkildə hücum edən talibanlar həyata keçirib. Onlar özünü intihar edən terroristlərdən tez-tez istifadə edərək zorakılıq aktları hayata keçirirlər.
Qeyd edək ki, son zamanlar talibanlar daha da aktivləşərək Əfqanıstanın vilayətlərində təxribatçılıq fəaliyyətinə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə