Suriyada bina partladılıb ölən və yaralananlar var

Suriyada bina partladılıb ölən və yaralananlar var

Suriyanın Dəra əyalətində ölkə kəşfiyyatının binası partladılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son günlərdə Suriyada radikal qruplaşmalardan azad edilmiş Dəra əyaləti terror aktlarının və naməlum silahlıların hücumlarının şahidi olub. Bu hücumlar fonunda əyalətdə kəşfiyyat binası partladılıb. Ölənlərin olduğu bildirilir. Suriya Ordusu Dəra əyalətinə əlavə qüvvələr ezam edib və təhlükəsizliyi təmin etməyə çalışır. Eyni zamanda Hələb əyaləti də ötən gecə radikal qruplaşmalar tərəfindən atılan onlarla raketin hədəfində olub. Burada 3 sakin həlak olub və 4-ü yaralanıb.

Qeyd edək ki, Hələb şəhəri və Dəra əyaləti 2017-ci ildə tam olaraq silahlılardan təmizlənmişdi. İordaniya ilə həmsərhəd olan Dəra əyalətindəki radikal qruplaşmalar yüngül silahları ilə birgə bölgəni tərk etməyə razılıq vermişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə