ABŞ dövlət katibi Mayk Pompeo, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə telefon danışığı keçirib. Telefon söhbətində Yaxın Şərqdəki vəziyyət və Şimali Atlantika Alyansının bölgədə oynadığı rol müzakirə edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs məlumat verib.
"Dövlət katibi Mayk Pompeo, bu gün Yaxın Şərqdəki hadisələri müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə söhbət edib. Dövlət katibi Pompeo, NATO-nun bölgədə daha əhəmiyyətli rol oynamalı olduğunu təkrarlayıb"-deyə, məlumatda deyilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB