İraqın Kərbəla şəhərində etirazçılar valilik binasına basqın edib. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri etirazçıların binaya girməsinin qarşısını almağa çalışıb.
Nümayişçilər kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələrinə daş və molotov kokteyli ataraq cavab verib. Bəsrə əyalətində jurnalistlərin naməlum şəxslər tərəfindən öldürülməsi iraqlıların yenidən küçələrə çıxmasına səbəb olub.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB