Bolqarıstanda Studena su anbarı quruyub. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ölkənin Ekologiya və Təbii Sərvətlər naziri istefa verib.
Əvvəlcə heç bir məsuliyyət daşımadığını deyən, daha sonra yaşanan su böhranı səbəbindən istefa verən nazir Neno Dimov həbs edilib.
Bolqarıstanın Pernik şəhərindəki Studena Su anbarında suyun səviyyəsinin aşağı düşməsilə 100 mindən çox insan susuz qalıb. Baş nazir Boyko Borisov nazir Neno Dimovun istefasını qəbul edib.
Həbs edilən nazirin istintaqını Pernik regional prokurorluğu aparır. Prokurorluq Ekologiya və Təbii Sərvətlər naziri Neno Dimov və Regional İnkişaf və İctimai işlər nazirinin əmlakın idarə edilməsinə kifayət qədər əhəmiyyət verməməsinə qərar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB