Güclü leysan səbəbindən Dubayın Beynəlxalq hava limanının uçuş-enmə zolağını su basıb. SİA ərəb ölkəsindəki mənbələrə istinadla xəbər verir ki, hava limanının administrasiyası 22 reysin təxirə salındığını bildirib.
Aeroporta gedən yollarda böyük tıxaclar yaranıb. Dubay rəhbərliyi sərnişinləri vaxtından əvvəl hava limanına gəlib reys haqqında məlumat əldə etməyə çağırıb. Təyyarələrin əksəriyyəti qonşu Əl-Maktum hava limanında enməyə məcbur olublar.
Qeyd edək ki, Dubay hava limanı BƏƏ-nin və bütün Fars körfəzi regionunun ən iri aeroportu sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB