Yük maşını mağazaya girdi: Yaralılar var

Yük maşını mağazaya girdi: Yaralılar var

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində sürücünün nəzarətindən çıxan yük maşını mağazaya girib, 2 yaşlı körpə də daxil olmaqla 11 nəfər yaralanıb. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, hadisə təhlükəsizlik kameralarında əks olunub.

Hadisə Burien rayonundakı bir mağazada baş verib. Sürücünün nəzarətindən çıxan yük maşını mağazanın ön qapısını qıraraq mağazaya girib. Həmin anların yeni paylaşılan görüntülərində, yük maşını mağazanın qarşısında dayanaraq körpəsini qucağında saxlayan qırmızı geyimli qadını əzib yerdə bir neçə metr sürükləyərək mağazaya girib.

Hadisədən sonra aparılan araşdırmada yük maşınının sürücüsünün spirtli içki qəbul etdiyi məlum olub.

Qəzadan dərhal sonra körpə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Müalicəsi davam edən körpənin beyin sarsıntısı keçirdiyi və müalicəsinin davam etdirildiyi bildirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə