Filippindəki Taal bölgəsində ikinci vulkan püskürməsi qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Filippinin paytaxtı Manila yaxınlığındakı Volcano Taalda dünən ikinci vulkan püskürməsi baş verib.
Milli Fəlakət Risklərinin Azaldılması və İdarəsi təşkilatından verilən açıqlamada partlayışın bu gün yerli vaxtla 09:19-da Batangas əyalətində meydana gəldiyini bildirilib.
Qeyd edək ki, dünən baş verən vulkan püskürməsi nəticəsində ətrafda 52 vulkanik zəlzələ qeydə alınıb və Taal bölgəsində yaşayan 6 min 346 insan təxliyə edilib.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB