ABŞ müdafiə naziri: “Qəddafi öldürdüyü vətəndaşların cənazələrini koalisiya qüvvələrinin hədəf aldığı nöqtələrə aparır”

ABŞ müdafiə naziri: “Qəddafi öldürdüyü vətəndaşların cənazələrini koalisiya qüvvələrinin hədəf aldığı nöqtələrə aparır”

Liviyada koalisiya gücləri müdaxilənin 10-cu günündə paytaxt Tripoli və Muammar Qəddafinin doğulduğu şəhər olan Sirti bombalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qəddafi Misrata şəhərində hərbi gücünü göstərməkdə davam edir.

 

Fransanın hərbi təyyarələri Misrata yaxınlığındakı hərbi hava bazasına zərbələr endirib. Zərbələr nəticəsində Qəddafiyə məxsus beş döyüş təyyarəsi və iki vertolyot məhv edilib.

 

Liviya hökuməti koalisiya güclərinin təşkil etdiyi hücumlarda 100 dinc vətəndaşın öldüyünü açıqlayıb. Ancaq ABŞ başqa olmaqla koalisiya üzvləri bunu təkzib edir. ABŞ müdafiə naziri Robert Qeyts isə maraqlı bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, Liviya lideri Qəddafi öldürdüyü vətəndaşların cənazələrini koalisiya qüvvələrinin hədəf aldığı nöqtələrə aparır. ABŞ müdafiə naziri bununla bağlı onlarda kəşfiyyat məlumatlarının olduğunu deyib.

 

Liviya hökumət sözçüsü isə atəşkəs çağırışını təkrarlayır. Musa İbrahim "müttəfiq qüvvələrinin atdığı bombalar ölkəni İraqa çevirəcək. Ölkə vətəndaş müharibəsinin olduğu, ölümlərin, qorxunun, qida, yanacaq və dərman çatışmazlığın yaşandığı bir yer olacaq" söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə