İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Komandanı Hüseyn Salami səhvən vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinə görə üzr istəyib. SİA "İSNA"ya istinadən xəbər verir ki, H.Salami məlum hadisə ilə bağlı: "Həyatımda heç vaxt belə utanmamışam. Səhv etdik və bu səbəbdən çox sayda həmyerlimiz həlak oldu", deyə üzrxahlıq edib.

O bildirib ki, həmin gecə Fars körfəzindəki bütün ABŞ təyyarələri və vertolyotlar havaya qaldırılmışdı: "Hamımız müharibə şəraitində idik".

Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" təyyarəsi yanvarın 8-də SEPAH tərəfindən vurulub. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...