Çexiyanın paytaxtı Praqadan 110 km şimalda yerləşən Yablones şəhərindəki restoranlardan birində dəm qazından kütləvi zəhərlənmə qeydə alınıb. SİA "TASS" agentliyinə istinadən bildirir ki, hadisə nəticəsində 11 nəfər zəhərlənib.
Çex polisinin məlumatına görə, onlardan 8-i müştəri, 3-ü isə restoranın işçisi olub.
Zəhərlənən şəxslərə dərhal tibbi yardım göstərilib. Bir qadının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB