ABŞ-ın İraqdakı hərbi bazasına naməlum mənbədən beş raket atılıb

ABŞ-ın İraqdakı hərbi bazasına naməlum mənbədən beş raket atılıb

İraqın Salah əd-Din əyalətindəki “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, raket zərbələri zamanı 4 İraq hərbçisinin yaralandığı bildirilib.

Qeyd edilib ki, ABŞ-ın İraqdakı Salah əd-Din əyalətində yerləşən hərbi bazasına naməlum mənbədən alınan “Katyusha” qurğularından 5 raket atılıb. Yaralananlardan 2-si zabitdir.

Bütün xəbərlər Facebook səhifəmizdə