Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısını qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sarajı qəbul edib.
SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, görüş İstanbulda, Dolmabağça sarayında keçirilib.
Məlumata görə, danışıqlar 2 saat 30 dəqiqə davam edib və mətbuat üçün qapalı olub.
Görüş Liviyada münaqişə tərəflərinin atəşkəsi fonunda baş tutub. Atəşkəs Türkiyə və Rusiyanın təşəbbüsü ilə qüvvəyə minib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB