Tripolidə yerləşən Baş nazir Faiz Sarajın rəhbərliyi ilə Liviya Milli Razılıq Hökuməti Rusiya Federasiyası və Türkiyənin təklif etdiyi təşəbbüs çərçivəsində atəşkəs elan edib.
SİA-nın məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd edilib: "Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin çağırışına cavab olaraq, prezident şurasının başçısı və Liviya ordusunun ali baş komandanı yanvarın 12-si gecə yarısından atəşkəs elan edib".
Qeyd edək ki, daha əvvəl feldmarşal Xəlifə Haftarın Liviya Milli Ordusu da döyüşlərin dayandırılmasına razı olduğunu bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB