Ötən gündən başlayaraq yağan aramsız yağışlar İranın Hörmüzgan vilayətində ağır fəsadlar yaradıb.
SİA-nın İran mətbuatına istinadən məlumatına görə, sel sularının yaşayış məntəqələrini basması nəticəsində evlərə və əkin sahələrinə ciddi ziyan dəyib. Məktəblər və bəzi dövlət idarələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Yolların təmizlənməsi və sel sularının qarşısının alması məqsədi ilə bəndlərin yaradılması üçün vilayətə xüsusi texnika gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB