"Yaxın Şərqdə müharibə təkcə region üçün yox, bütün dünya üçün fəlakət olardı" - Rusiya Prezidenti

"Yaxın Şərqdə genişmiqyaslı müharibə təkcə region üçün deyil, bütün dünya üçün fəlakət olardı".

SİA xəbər verir ki, bunu Kremldə Almaniya Kansleri Angela Merkellə danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya Prezidenti ümid etdiyini bildirib ki, iş Yaxın Şərqdə genişmiqyaslı müharibəyə gedib çıxmayacaq, əks təqdirdə bu, fəlakətə çevriləcək: "Onsuz da regionda qarşıdurmalar gedir. Əgər böyük hərbi münaqişə baş versə, bu, təkcə Yaxın Şərq regionu üçün deyil, bütün dünya üçün fəlakət olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə