Əfqanıstanın cənubundakı partlayış nəticəsində iki ABŞ hərbçisi həlak olub

Əfqanıstanın cənubundakı partlayış nəticəsində iki ABŞ hərbçisi həlak olub

Əfqanıstanın cənubunda partlayış nəticəsində iki ABŞ hərbi qulluqçusu həlak olub, daha iki hərbçi isə yaralanıb.

SİA "Associated Press" agentliyinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, NATO missiyasının tərkibindəki kontingentin hərbçilərini daşıyan döyüş avtomobili Qəndahar əyalətində yola basdırılmış minaya düşüb.

İnsidentin məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

ABŞ qoşunlarının Əfqanıstanda olduğu müddətdə 2,5 mindən çox Amerika hərbi qulluqçusu həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə