İon dənizində Paksi adaları yaxınlığında mühacirləri daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 12 nəfər həlak olub. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın sahil mühafizə xidməti məlumat yayıb. İnsident adalardan 13 mil cənub-qərbdə baş verib. Qəza zamanı qayıqda 50-yə yaxın insanın olduğu ehtimal edilir. Sahil mühafizə xidməti 21 nəfəri xilas etməyə müvəffəq olub.
Hazırda qəzanın baş verdiyi ərazidə altı patrul gəmisinin və üç helikopterin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB