Türkiyə-Şimali Kipr su xəttində suyun nəqli ilə bağlı nasazlıq yaranıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdemirli deyib. Nazir bildirib ki, hazırda sözügedən xətdə nəqletmə ilə bağlı yaranmış mövcud problem su çatışmazlığı ilə bağlı deyil. İlkin araşdırmaya görə, xətdə qırılma yoxdur. Ehtimal edilir ki, birləşmə yerlərindən boruların çıxması baş verib. Xətt üzərində texniki araşdırma davam edir.
Qeyd edək ki, Türkiyə-Şimali Kipr su xətti 2015-ci il oktyabrın 17-də istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB