Baş nazir müxalifətlə görüşə gəldi

Baş nazir müxalifətlə görüşə gəldi

Abxaziyanın "baş naziri" müxalifətlə görüşmək üçün parlamentə gəlib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Abxaziya "hökumətinin rəhbəri" Valeri Bqanba yerli müxalifətlə qapalı qapılar arxasında görüşmək üçün parlamentə gəlib.

İclasda müxalifət lideri Aslan Bjaniya, “Birləşmiş Abxaziya” partiyasının sədri Sergey Şamba və Sergey Baqapş fondunun sədri Mixail Loqua iştirak edir.

Cümə axşamı "dövlət başçısı"nın istefasını tələb edən etirazçılar onun idarəsinə giriblər. Təhlükəsizlik Şurasının təcili iclasından sonra Xacimba təhlükəsizlik qüvvələrinin gücləndirilmiş bir rejimə keçirildiyini söyləyib. Eyni zamanda, Abxaz liderinin özü də könüllü istefa verməkdən imtina edib.

Yanvarın 9-da Abxaziya "parlamenti" Xacimbanın vəzifəsini tərk etməsini tövsiyə edib. Deputatlar tərəfindən qəbul olunan qətnamə layihəsində bu qərarın "respublikada"kı gərgin ictimai-siyasi vəziyyətlə əlaqədar və cəmiyyətdə sabitləşmə üçün verildiyi bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə