"Prezident"in tərəfdarları meydana toplaşıblar

"Prezident"in tərəfdarları meydana toplaşıblar

Raul Xacimba tərəfdarları Suxuminin mərkəzində toplaşıblar. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Abxaziya "prezidenti"nin onlarla tərəfdarı müxalifətin istefası tələbi ilə bir neçə gündür aksiyalar keçirdiyi Suxuminin mərkəzinə toplaşıb.

"Prezident"in tərəfdarları Filarmoniyanın binasında, eləcə də yaxınlığındakı meydanda toplaşırlar. Gözlənildiyi kimi, vəziyyəti aydınlaşdırmaq üçün hakimiyyət nümayəndəsi gələcək. Eyni zamanda, parlamentinin müxalif mövqeli bir neçə deputatı Ali Məhkəmənin prezident seçkilərinin nəticələrinin ləğvi barədə qərarını təhvil vermək üçün MSK-ya gəlib.

Xacimba tərəfdarları gözləyirlər ki, bundan sonra hakimiyyət nümayəndəsi onlara vəziyyəti aydınlaşdıracaq. Suxuminin mərkəzində çox sayda hüquq mühafizə işçisinin olduğu müşahidə edilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə