İranın ali lideri Xameneinin hesabını bloklayıb. SİA xəbər verir ki, Twitter, İranın ali lideri Əli Xameneinin ingilis dilində məlumat yaydığı rəsmi hesabını bağlayıb.
"Xəbərdarlıq: bu hesab müvəqqəti olaraq dayandırılıb", formasında bildiriş Xameneinin öz Twitter səhifəsində öz əksini tapır.
Buna baxmayaraq İran liderinin eyni zamanda Fars, Fransız və Ərəb dillərindəki səhifələri hələ də işləyir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB