Argentinada etirazlar başladı: yanğınlara görə

Argentinada etirazlar başladı: yanğınlara görə

Avstraliyada ötən ilin sentyabr ayından başlayan və hələ də davam edən, 27 insanın həlak olduğu, təxminən bir milyarda yaxın heyvanın tələf olduğu yanğınlarla bağlı Argentinada etiraz aksiyası keçirilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, insanlar etiraz aksiyası üçün Argentinanın paytaxtı Buenos-Ayresdə Avstraliya səfirliyinin qarşısına axın ediblər.
Solçu qrupların rəhbərliyi ilə təxminən yüz nəfər ölkə hökumətindən Avstraliyanı məhv edən şiddətli yanğınlarla bağlı yardım tələb ediblər.
Etirazçılar diqqəti yanğında tələf olan heyvanlara çəkmək üçün üzlərini də boyayıblar.
Xatırladaq ki, Avstraliyada aylardır davam edən yanğınlarda 10 milyon hektara yaxın ərazi məhv olub, 2 mindən çox yaşayış evi külə dönüb və 1 milyarda yaxın heyvan tələf olub.
Yeni Cənubi Uels və Viktoriya əyalətində baş verən yanğınlarda minlərlə insan evlərini tərk etməli olublar.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə