Trampın Rusiya ilə dostluq niyyəti

Trampın Rusiya ilə dostluq niyyəti

Tramp yenidən Rusiya ilə dost olmağa ehtiyac duyub. SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə əlaqələrin, o cümlədən ticarətin də qurulmasının vacibliyini vurğulayıb.

"Düşünürəm ki, Rusiya ilə ticarət edə bilməliyik. Düşünürəm ki, birlikdə olmalıyıq", deyə Tramp bildirib.

Məlumata görə o, "cadugər ovunun" bitdiyini, buna görə artıq münasibətlər qurmağın mümkün olduğunu qeyd edib.

Xatırladaq ki, Tramp Rusiya ilə dost olmağın zəruriliyini dəfələrlə bildirib. Yeri gəlmişkən, Birləşmiş Ştatlar terror hücumlarının qarşısını almaqda Rusiyaya köməklik ediblər.

Ancaq ABŞ-da bu cür açıqlamalar Demokratlar və Respublikaçıların bir hissəsinin etirazına səbəb olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə