Omanın yeni sultanı kimdir?

Haysam bin Tarek Al Said Omanın yeni sultanı oldu. SİA xəbər verir ki, bu barədə "Əl-Watan Oman" nəşri "Twitter" səhifəsində yazıb.

Yazıda qeyd olunur ki, Omanın mədəniyyət və milli irs naziri Haysam bin Tarek Al Said Sultan Qabus bin Said Al Saidin vəfatından sonra yeni dövlət başçısı olub.

Qəzetin yazdığına görə, Haysam bin Tarek Al Said Oman Şurasında and içib. Bu məlumatın rəsmi təsdiqlənməsi hələ bildirilməyib.

Xatırladaq ki, Qabus bin Said Al Said uzun sürən xəstəlikdən sonra ömrünün 80-ci ilində, 10 yanvar axşamı gecə vəfat edib. Sultanın ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib və dövlət bayraqları 40 günlük endirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə