Qəddafinin doğma şəhəri tutuldu

Qəddafinin doğma şəhəri tutuldu

Liviya lideri Müəmmar Qəddafinin doğma şəhəri Sirti nümayişçilər tərəfindən ələ keçirilib. SİA-nın "Ria Novosti"-yə istinadən verdiyi xəbərə görə, öncə koalisiya qüvvələri Sirt şəhərinə aviazərbələr endiribdlər. Daha sonra Liviyadakı müxalifət qüvvələri ölkə lideri Müəmmar Qəddafinin doğma şəhəri Sirti ələ keçirib.

 

Eyni zamanda Liviya dövlət televiziyası da faktı təsdiqləyib. Maraqlı olan isə Qəddafiyə sadiq qoşunların hava hücumundan müdafiə qüvvələrinin cavab atəşi açmamasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə