Pakistanda yanğın faciəyə səbəb oldu

Pakistanda yanğın faciəyə səbəb oldu

Pakistanın Kəraçi şəhərində mikroavtobusun alov alması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ölənlər arasında 1 qadın və 4 uşağın olduğu bildirilib.

Polisin verdiyi açıqlamaya görə, alovlar yanan mikroavtobusa çırpılan yük maşınını da əhatə edib.

Yanğının səbəbini tapmaq üçün hadisə yerinə ekspertlər və yanğınsöndürənlər çağrılıb. Lakin qəzanın səbəbi hələ də açıqlana bilməyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə